WOW
WOW

“Onunla duet oxumaq mənim üçün böyük şərəfdir”

“Onunla duet oxumaq mənim üçün böyük şərəfdir”

Avroviziya qalibimiz Nigar Camal mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.

OLAY yazır ki, Nigar duet ortağını doğum günündə anıb:

“Bu gün əziz dostum, səhnə yoldaşım Aygün Bəylərin 50 yaşı olacaqdı… Onunla duet oxumaq mənim üçün həm böyük şərəf, həm də unudulmaz xatirədir. Onun səsinin gücü, ürəyinin saflığı heç vaxt unudulmayacaq. Aygün sadəcə müğənni deyildi, o, musiqiyə nəfəs verən ruh idi. Onu tanıyan hər kəs bilir ki, mehribanlığı, sənəti ilə hər kəsin qəlbində iz qoyub. Sən həmişə ürəyimizdə yaşayacaqsan, əziz Aygün!”.