WOW
WOW

“Bu dünyada ən böyük şərəfi daşıyıram”

“Bu dünyada ən böyük şərəfi daşıyıram”

Əməkdar artist Fərqanə Qasımova atası - Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib.

OLAY yazır ki, o, atası ilə videosunu paylaşaraq bunları yazıb:

“Atam... Sən mənim ilk musiqim, ilk duamsan...Səsinlə böyüdüm, nəfəsinlə gücləndim. Hər notunda məni qoruyan, hər baxışında məni anlayan bir ürək var - ata ürəyi. Sən mənə yalnız sənəti deyil, insan olmağı, şəfqəti, sədaqəti öyrətdin. Mən bu dünyada ən böyük şərəfi daşıyıram - sənin qızın olmaq... Var ol, ustadım Allah səni hər zaman qorusun”.