WOW
WOW

Xanbabayevanın “DreamFest” çıxışı

Xanbabayevanın “DreamFest” çıxışı

Xalq artisti Zülfiyyə Xanbabayeva Qafqazın ən böyük musiqi festivalı “DreamFest”in özəl qonağı olub.

OLAY yazır ki, sənətçi təntənəli tədbirə özəl hazırlaşıb, onu səhnədə musiqiçilər və 8 rəqqas müşayiət edib.

Estrada ulduzunun performansı qədər səhnə obrazı da diqqət çəkib. O, səhnəyə məşhur dizayner Rüfət İsmayıl  tərəfindən hazırlanmış qara  libasda çıxıb.

Çıxışı zamanı Xanbabayeva iki mahnı səsləndirib.

Onlardan biri son zamanlar hitə çevrilən “Mənə bir xəbər göndər”, digəri isə hələ təqdim etməyə hazırlaşdığı “Öyrəndim sevməyə” adlı yeni mahnısı olub.