WOW
WOW

CeyLo-nun İstanbul konserti üçün böyük hazırlıq!

CeyLo-nun İstanbul konserti üçün böyük hazırlıq!

Cennifer Lopezin İstanbulda keçirəcəyi konsert üçün hazırlıqlar olduqca geniş miqyaslı davam edir.

OLAY yazır ki, Konsertin texniki təminatı üçün 70 yük maşını dolusu avadanlıq, eyni zamanda 2 yük təyyarəsi ilə ölkəyə gətirilir. 

Səhnə quruluşu son dərəcə təəccüblüdür — səhnədə 800 ədəd işıq sistemi, 184 ədəd yüksək keyfiyyətli səs dinamik və 20 min piksel çözünürlüyə sahib nəhəng LED ekran quraşdırılacaq.

Səhnənin ümumi uzunluğu 72 metr, hündürlüyü isə 36 metrdir. Bu səhnə quruluşu 187 nəfərlik peşəkar bir heyət tərəfindən 6 ay ərzində xüsusi olaraq hazırlanıb.