WOW
WOW

“Kanalları silmişəm ki, düşük söhbətləri eşitməyim”

“Kanalları silmişəm ki, düşük söhbətləri eşitməyim”

Müğənni Almaxanım Əhmədli bəzi  həmkarlarını tənqid edib.

OLAY yazır ki, Almaxanım bununla bağlı instaqramda “story” paylaşıb. Almxanım efirdə müğənnilərin etdiyi söhbətlərdən söz açıb:

“Evdə bəzi özəl kanalları silmişəm ki, verilişlərdə gedən düşük söhbətlər gözüm görməsin. Təəssüf ki, görmək istəməsəm, belə bəzən sosial şəbəkədə qarşıma çıxır. Bayaq baxıram ki, IQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə müzakirə edirlər ki, kimin toyu daha çoxdu ?Mənim, ya filankəsin ? Bu mövzuda mübahisə edirlər. Həqiqətən görün necə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə, bu ay 10, sentyabrda 20 toyum var kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, bu ay toylardan nə qədər qazandın ? Əziz sənətçilər, nə olar bir az özünüzü inkişaf etdirin. Toyda “Buleyli” oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm, toyda əsər oxuyun. Fikrimi düzgün başa düşün. Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərini izləyin. Görün insanlar necə işlər ortaya qoyurlar. Τoy, toy, toy... Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək? Gənclər baxıb nədən maariflənəcək? Mən toya getməyi ayıb hesab etmirəm. Özüm də gedirəm. Amma bununla öyünmək sənətçinin bədbəxtliyidir. Bir sənətçi ki, 30 ildi ancaq toy oxuyur, hələ üstəlik toy oxumağı böyük məharət hesab edirsə, bir dəfə də olsun konsert verməyibsə, zal doldurmayıbsa, bu o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşü deməkdir”.