Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Pərvizə görə”də 2018-də Heydər Əliyev Sarayında baş tutan konsertindən danışıb.
Elza deyib ki, o konsertinə gələn bir dinləyici ağır xəstəlikdən sağalıb:
“Solo konsertimə Arif Məlikovla həyat yoldaşı gələ bilməmişdi. Onda Arif müəllim xəstəxanada idi. Ona görə, qohumlarını göndərmişdilər. Arif müəllimin xanımı zəng etdi, dedi ki, bizim bir qohumumuz xərçəngdən əziyyət çəkirdi, deyir, sənin konsertinə gələndən sonra sağalıb”.