Aktyor İlkin Xəlillə eşq yaşayan Apruza münasibətləri haqda sualları cavablandırıb.
OLAY yazır ki, o, “Kürəkəni nə vaxt görəcəyik” sualına “Mən “hə” deyəndə” sözləri ilə cavab verib.
Bloger daha sonra bildirib:
“Münasibət göstərmək üçün deyil, sadəcə hər bir insanın həyatında bir zamandır. Təbii ki, xoş anlarımızı, həyatımızda baş verən dəyişiklikləri sizinlə paylaşırıq. Amma hər paylaşılmayan “gizlədilir” demək düzgün deyil, sadəcə paylaşılacaq qədər uyğun olmadığı üçündür. “Hamı bilir, nə gizlədirsiniz” sözləri çox yazılır, gizlətsəydik heç kim bilməzdi zatən. Deməli, gizlətmirik, sadəcə paylaşım etmirik”.
Apruza izləyicisinin “Sizdən balacadı, ay anası yaşdadır“ deyənlərin niyə cavabını vermirsiniz?” sualına isə belə yanaşıb:
“Çünki onların fantaziyası mənim gerçək həyatımla yarışa bilmir. Balaca və böyük şərhləri münasibətdə heç bir rol oynamır, vacib olan hər iki şəxsin düşüncə tərzinin üst-üstə düşməsidir. Mən yaş fərqini problem olaraq görmürəm, işimlə bağlı olaraq da gün ərzində onlarla insanla ünsiyyətdə oluram, düşüncə tərzinin və xarakterin yaşla formalaşmadığının dəfələrlə şahidi olmuşam. Ona görə də qarşımdakı insanın xarakterinin yetkinliyini müsbət dəyərləndirirəm. Bunları dərk edəcək dünya görüşünə sahib olmayan adamlara nə cavab verim ki? Onların başa düşəcəyi dildə danışacaq səviyyəyə enə bilmədiyim üçün cavabsız qoyuram”.