Türkiyə kino sektorunda son illərin ən məhsuldar prodüser şirkətlərindən biri olan Poll Films bu dəfə Çağatay Ulusoyla əməkdaşlıq edərək böyük səs-küy yaradıb.
OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, şirkətin rəhbəri Polat Yağcı ötən il ərzində 7 film nümayiş etdirərək tamaşaçı sayında rekordlara imza atmışdı. İndi isə o, “Eşref Rüya” serialı ilə gündəmdə olan ölkənin ən parlaq ulduzlarından Çağatay Ulusoyla iki filmlik razılaşma əldə edib.
Bu əməkdaşlıq çərçivəsində çəkiləcək ilk filmin adı “Uykusuz Adam” olacaq və çəkilişlər iyulda start götürəcək. Polat Yağcının son filmi olan “Sihirli Annem: Hepimiz Biriz” iki həftədə 500 min tamaşaçı cəlb etmişdi.
Yeni layihə üçün hazırlıqlar yaxın günlərdə başlayacaq. Ulusoy və Yağcının bir araya gəlməsi artıq Türkiyə kino ictimaiyyətində böyük maraq doğurub.