Avroviziya qalibimiz Nigar Camal deleqasiyamızı sərt tənqid edib.
OLAY yazır ki, bu barədə o, “Afaqla 10lar” verilişində danışıb.
Nigar “Deleqasiya rəhbəri olmaq istəyərsənmi” sualına cavab verib:
“Deleqasiyamızın rəhbəri olmaq istəyərdim. Niyə də yox? Çünki çox zəif komandamız var. Biz bu il 37 ölkədən 37-ci yeri tutduq. Düşünürəm ki, bu komandamızla əlaqəlidir. Mütləq yeniləmək lazımdır. Avroviziyada tanışlarımız çoxdur, yaxşı bilirik ki, necə keçir? Tək mən yox, heç kim məmnun deyil. Üç ildir finala keçmirik, biabırçılıqdır. Finala keçməyə çalışmaq lazımdır. Boykot zəif addım olar, məncə, mütləq finala keçməliyik.