Aktyor və aparıcı Şəhriyar Əbilov şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə o, “Full şou” verilişində danışıb.
Şəhriyar deyib ki, yenidən ailə qurmaq istəmir:
“Bundan sonra evlənməyi düşünmürəm. Amma həyatdır, ola bilər ki, kiminləsə münasibətim olsun. İndi heç kim yoxdur. Olsaydı, maraqlı olardı. Hazırda kriteriyalarım da yoxdur, bunu eləmərəm sözünü artıq tərgitmişəm. Eləmərəm dediklərim həmişə başıma gəlib. Ona görə də o sözü heç vaxt demirəm. Amma bir şeyi bilirəm ki, həyatımda maraqlı insanlar indi çoxdur. Haçansa o maraqlı insan gələrsə, onunla bir ömür yaşayaram. Amma evlənmərəm, belə şeylər lazım deyil”.
Qeyd edək ki, aktrisa Oksana Rəsulova ilə ailə qurub ayrılan Şəhriyarın Osman adlı oğlu var.