Müğənni Elxan Şirinov şou-biznesdə dostunun olmamasından danışıb.
OLAY yazır ki, sənətçi “Gün ortası” verilişində açıqlama verib. Şirinov bunun səbəbini belə açıqlayıb:
“Bunun səbəbini deyərəm, lap kökündən məni anlayarlar. Məndə aldatmaq, saxtakarlıq yoxdur. Mümkün deyil ki, saxtakar olum, kimisə aldadım, olmayan bir şeyi tərifləyim. Mənim bir devizim, nə tərifə ummaq, nə də paya tamah var. Nəinki şou-biznesdə, hər şeyə fəlsəfi yanaşmağı sevirəm. Deyirlər, tənhalığın bitdiyi yerdə bazar başlanır. Mən bazarı sevmirəm, bazara getmirəm, mən bazar adamı deyiləm. Tənhalıqdan bəhrələnirəm, hər şeyi özümlə məsləhətləşirəm. Kənardan deyirlər ki, bu adam özündən razıdır. Nə var, nə yox, bilmirlər. Mən sevməyi, ağlamağı, əsəbiləşməyi, coşmağı da bilirəm. Coşmağı bilməsəm, bu gün axsamazdım. Ümumiyyətlə dost yoxdur. Gəlir güdən dostluğun səliqəsi var? Düşmənliklə gizli əlaqəsi var”.