WOW
WOW

Zeynəb Xanlarovanın adından dələduzluq

Zeynəb Xanlarovanın adından dələduzluq

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

OLAY yazır ki, bu barədə sənətçinin instaqram səhifəsində məlumat yayılıb. 

Bildirilib ki, Xanlarovanın adından feyk profillər açaraq insanları aldadırlar:

“Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə dolandırıcılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! 

Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. 

Aldanmayın, diqqətli olun!”.