Ədalət Şükürovun baba olması ilə bağlı məlumat yayılıb. Bu barədə sənətçi “Afaqla 10lar” verilişində danışıb.
Proqram zamanı onun qızı Jalənin ana olması barədə informasiya verilsə də, yanlış anlaşılma olduğu üzə çıxıb.
OLAY-ın əldə etdiyi məlumata görə, Ə.Şükürova ilk nəvə sevincini yaşadan oğlu Emil olub. Bir neçə həftə öncə Emilin Adelya adlı qızı dünyaya gəlib.
Qeyd edək ki, Emil 2023-cü ildə ailə qurub.