Xalq artisti Röya Ayxan Kann Film Festivalında iştirak edir.
OLAY yazır ki, bu barədə o, sosial media hesabında məlumat verib.
Müğənni “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub. Bu mükafat pop ulduza müasir Azərbaycan musiqisinə verdiyi böyük töhfəyə görə təqdim olunub.
Qeyd edək ki, I Success — biznes, mədəniyyət, incəsənət və innovasiya sahələrində uğurları qeyd edən beynəlxalq platformadır. Onun əsas tədbiri olan “I Success Top 100 Awards Gala” müxtəlif dünya şəhərlərində, o cümlədən Buxarest və Kann şəhərlərində keçirilir. Bu gala gecəsində öz sahəsində əhəmiyyətli töhfələr vermiş 100 nüfuzlu şəxs və təşkilat mükafatlandırılır. Tədbirin məqsədi fikir liderlərini, sahibkarları, sənətçiləri və ictimai xadimləri bir araya gətirmək, əməkdaşlıq, ilham və tanınma üçün platforma yaratmaqdır.
Qeyd edək ki, bu gün Röya Ayxan Kann şəhərindəki qırmızı xalça üzərində addımlayacaq və festival çərçivəsində keçirilən filmlərdən birinin premyerasında iştirak edəcək.
Kann Film Festivalı dünyanın ən nüfuzlu festivallarından biridir. O, hər il kino, moda və şou-biznesin aparıcı ulduzlarını bir araya gətirir. Bu da Röya üçün beynəlxalq media məkanında özünü bir daha tanıtmaq üçün mühüm imkandır.