Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı efirdə göz yaşı töküb.
OLAY yazır ki, aparıcı “Səni axtarıram” verilişində bu il itirdiyi anasından danışarkən kövrəlib:
“Şənbə günü anamın 40-dır. Özümə söz vermişəm ki, ağlamayacağam. Amma özümlə bacara bilmirəm. Körpə uşaq anasını axtaranda, gecə anasının qucağına getmək istədiyi kimi... Mən də eynən elə gecənin bir yarısı qalxıram, evi alt-üst edirəm, bütün albomları tökürəm, deyirəm, bəlkə anamla bağlı nəsə şəkil çıxar, görmərəm. Necə ki, körpə anasını axtarır, mən də öz anamı elə axtarıram. Hər birinizdən rica edirəm, bəlkə məni bəyənmirsiniz, bəlkə sizin kimi deyiləm, amma sizə bir ana, bir dost və bacı kimi deyirəm. Ananızın qədrini bilin. Bu gün məni rahat edən bilirsiniz nədir? Anam məndən çox razı getdi. Əminəm ki, bu gün də göylərdə mənə dua edir. Vicdanım rahatdır, buna baxmayaraq hər gün anam üçün ağlayıram. Analarınızın qədrini bilin, onları incitməyin, Allah haqqı ana haqqıdır. Bunu unutmayın, onları ağlatmayın”.