Rəqqasə Fatimə Fətəliyeva qalmaqal yaşadığı Nazilə Səfərlidən danışıb.
OLAY yazır ki, bu barədə Fatimə “Afaqla onlar” verilişində açıqlama verib. Rəqqasə Nazilənin bir müddət öncə onunla bağlı açıqlamasından söz açıb:
“Rəqsanə illərdir hörmətimiz yerindədir, balalarımız bir-birinin gözünü qarşısında böyüyüb. Çinarə və Nazilə mən sferada olanda yox idilər. Buna baxmayaraq, eşitdim ki, Naziləyə sual veriblər, ikinizi də dəvət etsələr, eyni məclisi apararsınız? Qayıtdı ki, mən olduğum məclislərdə yalnız Fatiməni aş gətirən kimi dəvət edərlər, aparıcı kimi yox. Mən keçmişimi danmıram, elə olub ki, bir gündə 15 restorana qaçıb, aşı ləhliyə-ləhliyə təqdim etmişəm. Şükür ki, aşı təqdim edə-edə nələr etmişəm, Allah qapıları üzümə açdı. Mən dizaynlar, dekorlar yaratdım. Bunları ilk dəfə mən etdim. İlk olaraq xınayaxdını təqdim edənlərdən biri Tünzalə Əliyeva və Ülviyyə Əliyeva olub. Eyni sualı mənə versələr... Bizi harasa dəvət edən xalqımızdır, Nazilənin də mənim də öz kütləmiz var. Mən kiminsə yerinə qol çəkə bilmərəm ki, gəlirəm, filankəs gəlməsin. Mən özümə çox güvənirəm, bilirəm ki, problem ola bilməz. Canla-başla apararam”.