WOW
WOW

Rusiya Hüseyn Həsənovu axtarışa verdi - Foto

Rusiya Hüseyn Həsənovu axtarışa verdi - Foto

Rusiya azərbaycanlı bloqer Hüseyn Həsənovu axtarışa verib.

OLAY yazır ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

O, Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Mənbə qeyd edir ki, sosial şəbəkə fenomeni 2024-cü ildən Rusiyada olmayıb, Azərbaycanda məskunlaşıb. Keçən il Moskvada Federal Vergi Xidməti 145 milyon rubl borcuna görə Hüseynə qarşı iddia qaldırıb; şirkətlərinin hesabları bloklanıb.

Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir. 

Qeyd edək ki, H.Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, o, ara-sıra Azərbaycana da gəlirdi.