Avroviziya qalibimiz Nigar Camal İkinci Dünya Müharibəsində iştirak edən babası ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi mərhum babasının fotolarını paylaşaraq bunları yazıb:
“May 9, 1945. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib. Və nəhayət… Ad günün mübarək, baba”.