Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda test verən 21 şübhəlidən 16-sının nəticələri açıqlanıb.

OLAY yazır ki, nəticələrə əsasən, Deniz Sözen, Ufuk Gündoğdu və Mehmet Cam Karcının narkotik testi müsbət çıxıb.

Deniz Çakır, Muammer Kapucuoğlu, Pınar Bent, İbrahim Yılmaz, Cem Güler, İlknur Şahin, Işıl Işık Demet, Burcu Özberk, Özden Cerrahoğlu, Özcan Deniz, Ceylan Kaya və Burhan Karacanın test nəticələri isə mənfi olub.