WOW
WOW

Tünzalə Ağayeva “Adavision”da!

Tünzalə Ağayeva  “Adavision”da!

ADA Universitetində “Adavision” adlı mahnı müsabiqəsi baş tutub.

OLAY yazır ki, tədbirdə Xalq artisti Tünzalə Ağayeva münsif kürsüsündə əyləşib. Musiqi sahəsindəki dərin və zəngin biliyi, sənətkar baxışı ilə seçilən pop ulduz yarışmada bir-birindən istedadlı iştirakçıların çıxışlarını qiymətləndirib. 

Səsvermədən sonra çıxışlar təqdim olunub.

Pop ulduz tələbələr üçün “Bir də baxım” hitini ifa edib. Səhnədə onu “Tünzalə dance group” rəqs qrupu müşayiət edib.

Yarışma üçün xüsusi hazırlaşan sevilən müğənni çəhrayı dəst geyinib. Zövqlü “look”un müəllifi gürcü dizayner Mariam Tartaşvilidir. Xalq artistinin makiyajı və saç düzümü vjzajist Günay Mustafaya, styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. 

Qeyd edək ki, sözügedən yarışmada münsif qismində Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Manana Caparidze, “Avroviziya” qalibi Eldar Qasımov , müğənni Zamiq Hüseynov və reper Orxan Zeynallı əyləşib.