WOW
WOW

“Həmin gün musiqi bayramı olacaq”

“Həmin gün musiqi bayramı olacaq”

Əməkdar artist Sevda Ələkbərzadə 10 mayda baş tutması planlaşdırılan konsertindən danışıb. 

Sənətçi Bakı Konqres Mərkəzində keçiriləcək olan tədbirlə bağlı OLAY-a açıqlama verib. Ələkbərzadə deyib ki, hazırlıqlar yüksək səviyyədə davam edir:

“Hazırlıqlar yüksək səviyyədə keçir. Hamımız çox həyəcanlı və sevincliyik ki, sevimnli tamaşaçılarımızla görüşəcəyik. İllərlə ifa etmədiyim mahnıları yenidən xatırladım.Daha əvvəl oxuduğum mahnını dəyişib, fərqli üslubda ifa edirəm. Bu da çox xoş təəssürat bağışlayır. Hazırda iş prosesindəyik. Yaradıcılıq, ancaq yaradıcılıq... Düşünürəm ki, buna musiqi festivalı demək olar. Çünki həmin gün musiqi bayramı olacaq. Hamımız yüksək səviyyədə hazırlaşırıq. Emosiyalar, sevinc hissləri hamısı bir-birinə qarışıb. Biz hər gələn dinləyiciyə böyük hörmətlə, işimizə məsuliyyətlə yanaşırıq. Hər bir musiqi, nömrə yüksək səviyyədədir, dünya standarlarına uyğundur. Bu, mənim işimdirsə, yüksək səviyyədə olmalıdır. Bilirəm ki, konsertimə gələn tamaçaçı yüksək zövqə, böyük musiqi informasiyasına malikdir. Ona görə də hazırlıqlar da möhtəşəm keçir”.