Ukraynalı məşhur müğənni Dmitriy Monatik də bir çox həmkarı kimi ölkəsi üçün video-müraciət yayımlayıb.
OLAY yazır ki, o, instaqramda video paylaşaraq Ukraynadakı mövcud vəziyyətdən danışıb.
“Mən həmişə yaradıcılığımla xəyallara sülh, yaxşılıq, sevgi, inam gətirməyə çalışmışam. Çoxunuz bizim konsertlərimizdə olmusunuz və orada həmişə sülh olub. İndi ölkə gözümüzün qarşısında dağılır. Bizi eşitməyiniz üçün xahiş edirik. Bu zaman Ukraynada dinc sakinlər ölməkdə davam edir. Mənə elə gəlir ki, insanların böyük bir gücü va. Ona inamımı itirmək istəmirəm. İnanıram ki, indi susmayan və həqiqəti söyləyən insanlar da bu müharibənin dayandırılmasına kömək edə bilərlər”, - deyə Monatik vurğulayıb.