WOW
WOW

Aysel bunun üçün ailəsi ilə bir araya gəldi - Foto-Video

Aysel bunun üçün ailəsi ilə bir araya gəldi - Foto-Video

Aparıcı və aktyor İlkin Həsəninin influenser həyat yoldaşı Aysel ailəsi ilə bir araya gəlib. 

OLAY yazır ki, buna səbəb blogerin anasının doğum günü olub.

Aysel həyat yoldaşı İlkin, övladları Alisa, Rain, valideyinləri və qardaşı Sahil ilə paytaxt restoranların birində anasının özəl gününü qeyd ediblər.

Həmin anları isə influenser instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

“Bu gün gözəlimin ad günündür. Mənim dünyam, nəfəsim sən nə yaxşı ki, mənim anamsan. Səni sonsuz sevirəm. Biz sevgidən dünyaya gələn uşaqlarıq. Bunu hər zaman böyük fəxr hissi ilə deyirik. Anamla atam bir sinifdə oxuyan və sevgiləri ilə dillərə dastan olan cütlükdür. Allah onları bizə çox görməsin”- deyə, Aysel paylaşımında yazıb.