WOW
WOW

Kristina Orbakaytenin bu ölkəyə girişi qadağan edildi!

Kristina Orbakaytenin bu ölkəyə girişi qadağan edildi!

Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin başını qara buludlar alıb.

OLAY yazır ki, ölkəsində bir sıra konsertlərin ləğvindən sonra Rusiyanın Xalq artisti Alla Puqaçovanın müğənni qızının Latviyaya girişi qadağan edilib.

İndi Kristina orada planlaşdırdığı yay çıxışlarını ləğv etməli olacaq.

Orbakaytenin “Krımda çıxış etdiyi və Rusiya təbliğatı çərçivəsində təşkil edilən müxtəlif tədbirlərdə iştirak etdiyi” üçün arzuolunmaz şəxslər siyahısına salındığı bildirilir.

Latviya Dövlət Təhlükəsizlik Xidməti rusiyalı müğənninin çıxışlarının “ölkənin milli təhlükəsizliyinin maraqlarına uyğun gəlmədiyi” qənaətinə gəlib.