Müğənni Xatirə İslam təmtəraqlı şəkildə ad günü məclisi keçirən məşhurları tənqid edib.
OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu “İncə səhər” verilişində danışıb
“Ad günü edirsənsə özünə ən yaxın olan adamları yığ ora. Heç özü də zəng etmir, prodüseri yığır. Özünün xəbəri yoxdur gələnlərdən. Ad günü özəldir, nə gözəl işdir ki, sən dünyaya gəlmisən. Ətrafında ən yaxın adamların olmalıdır. Ən azı 20 illik dostların yığışmalıdır. Tanımadığı adamların hamısını yığdı ora ki, dünya dağıldı, fısqırıq oldu. Heç kim də bir-birini tanımır. 300, 500 manata görə bu lazım deyil. Onda səmimiyyət olmur” - deyə, Xatirə vurğulayıb.
X.İslam həmçinin bildirib ki, dəvət etmədiyi halda onun toyunda gələn qonaqlar da olub.