Dünyaca məşhur cütlük - Beyons və Cey Zi-nin kiçik qızı səhnəyə çıxıb.
OLAY yazır ki, yeddi yaşlı Rumi Kaliforniyanın İnqlvud şəhərində “Kovboy Karter” turu çərçivəsində anasının şousunda iştirak edib.
43 yaşlı müğənninin böyük qızı 13 yaşlı Blu Ayvi də tamaşaçılar qarşısına çıxıb. Şouda yaşanan bu anların videoları sosial şəbəkələrdə yayılıb.
Rumi səhnəyə Beyonsun ana sevgisindən bəhs edən ballada olan “Protector” mahnısını ifa edərkən çıxıb. Daha sonra onlara Blu qoşulub. Beləcə ana və qızları sənətçinin pərəstişkarlarını təsirləndirən ifa təqdim ediblər. Onların çıxışından sonra stadion ekranlarında Beyonsun uşaqları ilə görüntüləri nümayiş olunub.
Lakin cütlüyün yeganə oğlu Ruminin əkiz qardaşı Ser konsertdə görünməyib. Ehtimal olunur ki, müğənni əvvəlcə kiçik övladlarına diqqət çəkməməyə çalışsa da, indi oğlunu şou-bizneslə maraqlanmadığı üçün “kölgədə” saxlayır.
Qeyd edək ki, Beyons və Cey Zi 2008-ci ildə evləniblər. Cütlük dünya şou-biznesinin ən nüfuzlu və varlılarından biri hesab olunur. İndi onların adları seks alverində ittiham olunan reper Pi Diddi (əsl adı Şon Kombs) qalmaqalında hallanır: sosial şəbəkə istifadəçiləri müğənni və prodüserin onun cinayət əməllərinin iştirakçıları olduğunu düşünürlər. Bu yaxınlarda cütlüyün övladları da növbəti qalmaqala çəkilib: reper Kanye Uest sosial şəbəkələrində əkizlərin intellektual qabiliyyətlərini şübhə altına alıb. Cavabında Beyons musiqiçini məhkəməyə verəcəyinə söz verib.