“Canlı oxumaqdan ötrü o qədər darıxıram... Çox pis olub, kövrəlirəm. O qədər canlı oxumaqdan insan qaçır ki... Sanki nə zamansa canlı oxuyanda o qədər pis oluram. Canlı oxumaqdan qaçmağım... Belə yaxşıdır”.
OLAY yazır ki, bu sözləri Xatirə İslam qonaq olduğu “7 tamam” verilişində deyib.
Sənətçi bildirib ki, dəvət aldığı toylarda canlı ifadan daha çox fonoqrama üstünlük verir:
“Məsələn hansısa bir toya gedirsən və orada ən yaxşıdan tutmuş ən zəyifə qədər olan ifaçılar fonoqram oxuyurlar. Fonoqram çox gözəl səslənir. İnsanlar rəqs edərkən belə o fonoqram orada öz sözünü deyir. Ritm insanın qanına işləyir. Amma o canlı ifada o “drive”ı və o effekti almaq mümkün deyil. İstər-istəməz qaçırsan fonoqrama ki, rahatlıq olsun. Düzdür, o fonoqramı da mən özüm oxumuşam. Toyda müğənni hər musiqiçinin çaldığı mahnı ilə məclisə iz qoya bilmir. Bəzən məclislərdə ifaçıların səhv oxuduqlarını görəndə düşünürəm ki, niyə görə mən canlı oxuyub, boğazımı cırmalıyam”.