WOW
WOW

Xumar və Sevda Tolikin verilişinə niyə getmir? - Video

Xumar və Sevda Tolikin verilişinə niyə getmir? - Video

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Əməkdar artistlər Sevda Ələkbərzadə və Xumar Qədimovanın onun verilişində iştirak etməməsinin səbəbini açıqlayıb. 

OLAY yazır ki, bu haqda Tolik “TikTok”da açdığı canlı yayımda danışıb.

“Bu günləri aparıcılar müğənnilərdən aslıdır. Amma özümü çıxıram. Çünki mən heç bir müğənnidən aslı deyiləm. Bu günə kimi verilişimdə Əməkdar artist Xumar Qədimova olmayıb. Heç vecimə də deyil. Mən Xumarın özünü də sənətini də çox istəyirəm. Amma verilişimə gəlməyib. Çünki onun istədiyi kimi “vağzalı” rəqsini oynamamışam. Onlar istəyirlər ki, aparıcılara diktə etsinlər. Verilişimdə Xalq artisti Sevda Ələkbərzadə də olmayıb. Ona çox böyük hörmətim var. Amma özümü onunla həmsöhbət görmürəm. Çünki evdə oturan “ana-bacı” tamaşaçım başqa şeyə baxmaq istəyir. Bizim xalqımızın əksəriyyəti qeybətə, qalmaqala meyillidir. Qonşuda dava olan kimi anamız əlinə xalçanı alıb eyvandan çırpan adamdır. Görsün ki, aşağıda nə dava gedir”, - deyə Tolik vurğulayıb.