WOW
WOW

“Mələyimizi itirdik”

“Mələyimizi itirdik”

Müğənni Doğuş həyat yoldaşı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının dünyasını dəyişən anası Ofeliya Baxşəliyevadan söz açıb.

OLAY yazır ki, hər zaman xanımı ilə birgə “Günaydın, Azərbaycan” verilişini aparan sənətçi məlum səbəblərə görə efirə tək çıxıb.

Doğuş qayınanası haqqında bu fikirləri səsləndirib. 

“Biz anamızı, mələyimizi itirdik. Ana kimi ana idi. Çox mərhəmətli idi. O qədər şeylər eşitdim ki, aam haqqında... O mətbəxtdə yemək bişirəndə əgər pəncərə açıq olardısa qonşularda o qoxunu alırdılarsa onlara yemək göndərirdi. Heç kimin xəbəri olmadan yardımlar edən bir mələyimizi itirdik. Acısı hələ yenidir. Allah dünyasını dəyişən analarımıza rəhmət etsin. Məkanları cənnət olsun”.

Qeyd edək ki, bir neçə gün əvvəl Doğuşun qayınanası Ofeliya Baxşəliyeva uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu hadisə təkcə yerli mediada deyil eyni zamanda türk mətbuatında da xəbərə çevrilib.