Məşhur futbolçu Jerar Pikenin sevgilisi Klara Çiadan ayrıldığını məlum olub.
OLAY yazır ki, İspaniyalı jurnalist Adriana Dorronsoro “Telecinco” kanalında bildirib ki, 38 yaşlı Pike və 26 yaşlı Klara Çia üç illik evlilikdən sonra münasibətlərinə son qoymaq qərarına gəliblər.
Bu xəbər futbolçunun qırmızı saçlı bir qadınla restoranda görünməsindən sonra yayılıb.
Lakin keçmiş “Barselona” oyunçusuna çox yaxın mənbə “Marca” nəşri ilə söhbətində bu məlumatı təkzib edib.
Mənbə bildirib ki, Pike və Çia arasındakı münasibət hələ də davam edir.
Qeyd edək ki, Jerar və Klaranın romantikası 2022-ci ilin avqustunda, futbolçunun iki oğul böyütdüyü 45 yaşlı pop ulduz Şakiradan ayrıldığı məlum olduqdan qısa müddət sonra ictimaiyyətə məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, ayrılmağa səbəb Pikenin xəyanəti olub: müğənninin futbolçunu evdə öz çarpayısında məşuqəsi ilə birlikdə yaxaladığı iddia edilib. 2022-ci ilin noyabrında futbolçu peşəkar karyerasını başa vurduğunu elan edib. Şakira tezliklə Pike ilə ayrılması haqqında oxuduğu bir mahnı işıq üzü görüb.
Cütlüyün ayrılmasından sonra əsas müzakirə mövzusu uşaqları olub. Hər ikisi oğullarını yanında saxlamaq istəsələr də, amma sonda Pike onları keçmiş sevgilisində qalmasına razılıq verib. Futbolçu müğənnidən bunun qarşılığı olaraq 400 min avro və İspaniyadan ABŞ-a və geriyə birinci sinfə illik beş uçuş tələb edib.