WOW
WOW

CeyLo 17 yaşlı əkizlərinin fotosunu paylaşdı

CeyLo 17 yaşlı əkizlərinin fotosunu paylaşdı

Dünya pop musiqisinin əfsanəvi ulduzu Cennifer Lopezin keçmiş həyat yoldaşı, müğənni və bəstəkar Mark Entonidən 2008-ci ildə dünyaya gətirdiyi əkizləri Maksimilian və Emma ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, 55 yaşlı sənətçi övladları ilə videozəng vasitəsi ilə danışarkən həmin anın “screenshot”larını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

İzləyiciləri Lopezi “ən yaxşı ana” adlandırıblar.

Xatırladaq ki, Cennifer Lopez ötən ilin avqustun sonunda Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. 20 il əvvəl nişanlı olsalar da ayrılan məşhurlar 2021-ci ildə münasibətlərini bərpa edib, 2022-ci ildə evlənmişdilər.