Retro musiqiyə müasir nəfəs gətirən, yeni tərz yaradan NURAN “Yolu var” adlı yeni klipini təqdim edib.
OLAY yazır ki, söz və musiqisi Rafael Təhməzova aid bəstə günlər əvvəl artistin TikTok hesabında paylaşılıb, milyona yaxın baxış toplayıb, izləyicilər tərəfindən maraqlı videolar çəkilib.
Klipin rejissoru Əli Zamansoydur. Nuran yeni işində sosial şəbəkədə “Türkan Şorayın bənzəri” kimi tanınan model Şəfəq Abdullayeva yer alıb.
Gənc artistin imici üzərində bu günədək populyar ulduzlarla çalışan peşəkar stilist Fuad Hacıyev imzası var.
Modelin geyimi üzərində isə Madam Pari çalşıb.
Layihənin rəhbəri Elvin Elxan, bəstənin aranjımanı Dahin və Elmin Təhməzovdur.
Gənc artistin musiqi prodüseri və vokal koçu yenə də Elçin Cəfərovdur.