WOW
WOW

Xoşqədəmdən oğullarına qadağa!

Xoşqədəmdən oğullarına qadağa!

Aparıcı Xoşqədəm Hidayətqızı əkiz oğulları Arda və Arına qoyduğu qadağadan söz açıb.

OLAY yazır ki, aparıcısı olduğu “Səni axtarıram” verilişində Xoşqədəm övladlarının telefon işlətməsinə icazə vermədiyini bildirib. 

“Sosial şəbəkə valideynləri çarəsiz hala qoyub. Telefon, planşet olmaz. Oğullarım telefon nədir bilmir. Onların 8 yaşı var, mayda 9 olacaq. Uzaqlaşdırmaq çətindir, amma ən azından nəzarət edin. Övladlarımızı valideynlə üz-üzə qoyan sosial şəbəkədir” - deyə, Xoşqədəm vurğulayıb.

Qeyd edək ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailəlidir. Aparıcının Zaur adlı daha bir övladı var.