“Cangüdən” filminin ulduzu, Hollivud aktyoru Kevin Kostner keçirtdiyi stress səbəbiylə sürətlə kökəlib.
OLAY “RadarOnline” nəşrinə istinadən yazır ki, buna səbəb 70 yaşlı sənətçinin boşanması və peşəkar uğursuzluqları olub.
Bu hadisələrin fonunda stressin öhdəsindən gəlmək üçün Kostner yemək yeyir.
Artıq çəki artımı təxminən 14 kiloqram təşkil edib.
Los-Anceles küçələrində köməkçisinin müşayiəti ilə ulduz paparatsiyaların obyektivinə tuş gəlib. Pərəstişkarları ulduzun önə doğru çıxmış qarnını görüblər.
Məlum olub ki, problem qocalıqda deyil, stressdə olub.
Mənbənin sözlərinə görə, Kostnerin keçmiş arvadı Kristin Baumqartnerin maliyyəçi Coş Konorla nişanlanması xəbəri atəşə yanan ocağa benzin səpib. 2024- cü ildə işıq üzü görən Kostnerin rejissorluğu və prodüseri olduğu “Horizon: Amerika Saga - I Fəsil” filminin kassa uğursuzluğunu da buna əlavə olunub.
Ulduza yaxın mənbənin sözlərinə görə, boyu 185 santimetr olan Kostner əvvəllər təxminən 77 kiloqram idisə, indi onun çəkisi təxminən 90 kiloqrama çatıb.