Xəbər verdiyimiz kimi, ötən gün İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib.
OLAY yazır ki, baş verən təbii hadisə nəticəsində türkiyəli müğənni Ece Seçkinin mükafatları sınıb.
Bununla bağlı Ece instaqram səhifəsində paylaşım edib.
Seçkin sınan mükafatlarının fotosunu yayımlayaraq bu sözləri yazıb:
“Səhər tezdən bir heyyət olaraq Mersindən İstanbuldakı evlərimizə gəldik. Mən də öz evimdə yatarkən zəlzələni hiss etdim. Çox qorxduq... Can itkisi olmadığı üçün şükür edirəm və zəlzələdən zərər çəkən hər kəsə tezliklə şəfa diləyirəm. Memarım bu şüşə vitrinini çox dəyər verdiyim mükafatlarım üçün xüsusi dizayn etdirmişdi. Çünki aldığım hər mükafat mənim üçün çox mənalı və dəyərlidir... Bu şüşə vitrin evdə partlayan tək idi... İllərin mükafatları sındı, parçalandı. Ürəyim də eyni idi. Atam və Çağrı dedilər ki, narahat olma, hamısını təmir edəcək bir şüşə ustası taparıq, bəlkə bir neçəsini xilas edək. Bu mükafatların ən çox dəyər verdiyim şeylər olduğunu bilən memarım dərhal müdaxilə etdi. Yüksək dəyəri olan şeyləri itirəndə təsirlənirəm. Allah bir daha belə hallara yol verməsin. Hamımıza böyük şəfa arzulayıram”.