WOW
WOW

“Həyat hekayəmin 32-ci səhifəsi açıldı”

“Həyat hekayəmin 32-ci səhifəsi açıldı”

Bu gün müğənni Mehin Hümbətovanın doğum günüdür.

OLAY yazır ki, 32 yaşı tamam olan sənətçi bununla bağlı instaqram səhifəsində paylaşım edib.

Özəl günü ilə əlaqədar Hümbətova fotoqraf Oqtay Cəfərin (Okochoco) kamerası önünə keçib. 

Mehin qol və ətək hissəsi ağ güpur işləməli “crop” pencək və eyni rəngli “lasin”də cazibədar pozalar verib.

Həmin görüntülərə isə ifaçı bu şərhi yazıb:

“Həyat hekayəmin 32-ci səhifəsi açıldı! Hər səhifəsi bir macəra və yeni bir fürsət olan bu hekayənin hər anını sevməyi öyrəndim. Bu gün içimdə dərin bir minnətdarlıq hissi var: yaşadıqlarıma, öyrəndiklərimə, yanımda olan hər kəsə və əlbəttə ki, qarşıda gələn gözəl günlərə görə. Siz izləciyilər və dinləyicilərimə isə yanımda olduğunuza görə qucaq dolu sevgilərimi göndərirəm”.

Mehin axşam saatların paytaxt restoranlarının birində yaxın dostlarını başına toplayaraq kiçik doğum günü yığıncağı keçirib. İfaçı ürəyində arzu tutaraq ad günü tortun üzərindəki şamları üfürüb.