Bir neçə dəqiqə əvvəl Türkiyənin İstanbul şəhərində zəlzələ olub.
OLAY yazır ki, bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Silivri sahilində 6,2 maqnitudalı, 7 km dərinlikdə zəlzələ baş verib.
Zəlzələ 10 saniyə davam edib.
Həmin anlar efirə də yansıyıb. Belə ki, “CNN Türk” kanalında yayımlanan xəbərlər proqramı zamanı aparıcı zəlzələni studiyada hiss edərkən qorxub.
O həyacanlanaraq “İndi çox güclü zəlzələ oldu” deyərək bir neçə dəfə eyni sözləri təkrarlayıb.