WOW
WOW

Kollin Farreldən ağır xəstə olan oğlu ilə bağlı qərar!

Kollin Farreldən ağır xəstə olan oğlu ilə bağlı qərar!

Hollivud aktyoru Kolin Farrell ağır xəstə olan oğlu Ceymslə bağlı “Candis” dərgisinə müzakirə yaradacaq açıqlama verib.

OLAY yazır ki, 48 yaşlı kino ulduz koordinasiya, nitq və zəka ilə bağlı problemlər kimi ciddi inkişaf qüsurlarına səbəb olan Angelman sindromundan əziyyət çəkən 21 yaşlı övladını internat məktəbinə göndərməyi planlaşdırdığını bildirib.

“Çətindir. Bəzi valideynlər deyirlər ki, övladıma özüm baxmaq istəyirəm. Mən buna hörmət edirəm, amma daim qorxuram: sabah infarkt keçirsəm və ya Kim (Ceymsin anası) qəzaya düşsə? Ceyms tək qalacaq. O, dövlət qayğısı altında qalacaq. Və o, harda olacaq? Onda biz ona təsir edə bilməyəcəyik. İstəyirik ki, onun indi, sağ-salamat ikən gedə biləcəyi bir yer tapmaq istəyirik. Ona baş çəkə bilək, bəzən götürə bilək” – deyə, Farrell dərgiyə müsaibəsində vurğulayıb.  

Aktyor Ceymsə əvvəlcə səhv diaqnoz qoyulduğunu da bildirib: 

“O, nə otura nə də ki yeriyə bilirdi. Bunun səbəbini ciddi şəkildə axtarmağa başlayanda onun bir il yarım yaşı vardı. Əvvəlcə ona serebral iflic diaqnozu qoydular. Lakin sonradan həkim Ceymsin daim güldüyünü və qəribə jestlər etdiyini görüb. 10-11 ildir ki, ciddi bir tutmaları olmayıb. Amma təcili yardım maşınlarında olmuşam, xəstəxanalarda onunla oturmuşam. Üç dəqiqədən çox davam edən qıcolmaları dayandırmaq üçün ona dərman verirdim”.

Qeyd edək ki, Kolin Farrell daha əvvəl oğlunun ilk dəfə necə yeriməyə başladığından danışıb. Aktyor ümumiyyətlə müstəqil hərəkət edə bilməyəcəyindən qorxub, amma dördüncü ad gününə qədər Ceyms yeriməyə başlayıb.

Xatırladaq ki, Ceyms Farrel kanadalı model Kim Bordenave ilə münasibətindən dünyaya gəlib. Onlar uzun müddət birlikdə olmasalar da, amma Ceymsin qayğısına qalırlar. Ceymsdən başqa Farrelin 2009-cu ildə polşalı aktrisa Alikya Baxledadan dünyaya gələn Henri adlı daha bir oğlu var. Cütlük 2010-cu ildə ayrılıb.