WOW
WOW

“Fatiməni görəndə alnından öpməli idim?” - Nazilə

“Fatiməni görəndə alnından öpməli idim?” - Nazilə

Şairə və qiraətçi Nazilə Səfərli bir neçə gün əvvəl müğənni Ayan Babakişiyevanın doğum günü məclisində qalmaqal yaşayıb, məhkəməlik olduğu rəqqasə Fatimə Fətəliyeva ilə üz-üzə gəlməsi hadisəsini şərh edib.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

Proqramın aparıcısının “Fatimə Fətəliyeva ilə bir məclisdə rəqs edirdiniz. Onu görən kimi kənara çəkildiniz. Münasibətləriniz hələ də soyuqdur?” sualına Nazilə belə cavab verib:

“Bəli, o məclisdə biz üz-üzə gəldik. Nə etməli idim? Fatiməni görəndə onun alnından öpməli idim? Çox ölürəm barışmaq üçün (gülür)… O cahillikdir kiməsə zəng vurub deyəsən ki, filankəs məclisdə varsa mən o ad gününü gəlməyim. O səviyyəsizlikdir. Heç zaman deməmişəm. Çünki heç kimin gözünün içinə baxmağa çəkinəcəyim yoxdur. Əgər bir insanlar söz-söhbətim düşübsə buna əminliklə deyirəm ki, buna səbəbkar mən deyiləm. Mən itlə də yola gedən adamam. Mən Fatiməyə niyə addım atım ki? Buna nə ehtiyac var?”

Qeyd edək ki, Nazilə və Fatimənin məhkəmə prosesi uzun müddət davam edib. Sonda Nazilə qalib gəlib və Fatimə təzminat ödəyib.