Əməkdar artist Mehriban Xanlarova Mədəniyyət naziri Adil Kərimli ilə teatrda baş tutan görüşdən yazıb.
OLAY yazır kli, bu barədə o, instaqramda paylaşım edib. Xanlarova bildirib ki, Nazir bütün təklif və şikayətlərini dinləyib:
“Mədəniyyət naziri Adil Kərimli teatr kollektivimizlə görüşdü. Təklif və şikayətlərimizə diqqətlə qulaq asaraq, fikirlərimizə hörmətlə, həssaslıqla yanaşdı. İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq. Haqq səsimizin duyulmasında yanımızda olan bütün media nümayəndələrinə və haqsızlığa qarşı susmayan, göz yunmayan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Əziz həmkarlarım Münəvvər Əliyeva və Məsmə Aslanqızı ilə ədalət uğrunda başlatdığımız mübarizə, yaddaşlarda qalacaq sarsılmaz bir dostluğun tarixini yazdı. Bu dostluq dürüstlüyün, cəsarətin və birliyin təmsilçisi oldu”.