WOW
WOW

“50 yaşım olacaq, “Avroviziya”da nə işim var?”

“50 yaşım olacaq, “Avroviziya”da nə işim var?”

Müğənni İlhamə Qasımova “El canlı” verilişində qonaq olub.

OLAY yazır ki, proqramda sənətçi sosial şəbəkə üzərindən ona ünvanlanan sualları cavablandırıb.

Qasımova növbəti illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə qatılıb-qatılmayacağı ilə bağlı suala belə cavab verib:

“50 yaşım olacaq. "Avroviziya"da nə işim var. Gənclər var, onların yolu açılsın”.

Qeyd edək ki, bu il ölkəmizi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Mamagama” qrupu təmsil edəcək. Yarışmanın Birinci yarımfinalı 13 mayda baş tutacaq. Azərbaycan 10-cu sırada səhnəyə çıxacaq.