“Mən çox varlıyam. Varlı olmağım isə ilk növbədə ailəmdən başlayır. Hamımızı oxutdurub, ali təhsil, gözəl tərbiyə veriblər. Bunun isə heç bir qiyməti yoxdur”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Lalə bildirib ki, sənətdən başqa əlavə gəliri yoxdur:
“Aldığım ali təhsil, tərbiyə - buldozer, yaxta, evlərlə ölçülə bilməz. Onlar olsa da gözəl olardı. “Ulduz” titulunu daşıyan bir xanımda bunlar olmalıdır. Hər zaman deyirəm ki, sənətçi olaraq özüm-özümü maliyyələşdirdiyim üçün kənarda heç bir şey edə bilmirəm”.