Aparıcı Kamilə Babayeva mərhum anası ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Kamilə ötən ay vəfat edən valideynini bu sözlərlə anıb:
“Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacam.. Sonra başa düşdüm ki,sən bir hekayəyə sığacaq qız deyilsən axı... Öz doğru bilib inandığın hər şeyə sona qədər sədaqət göstərdin. Hamıdan fərqli, rəngli, bəzən təlatümlü.. Bu həyatı qorxmadan yaşadın. Bilirsən, mən də artıq qorxmuram…Bu çətin günlərdə yalan yazıb bizi incitmək istədilər, onlara da sənin ürəyinlə baxıb, bağışladım. "Kamilə onlar da bir cür yazıqdı" deyərdin mənə, mən də səninlə uzun-uzadı mübahisə edərdim. Bilirsən, böyüdüm və bağışladım..Allah keçsin günahlarından. Yaxşı baxıb insanlara inanmağı, yaşamağı, sevməyi, ümid edib, yeni baharları, yeni səhərləri, sabahları sevgiylə qarşılamağı seçdim… Elə sənin kimi. Hər sağollaşanda belə deyərdin “Kamilə ruhunu sərin saxla və içindəki o balaca qızı qoru. O səninlə olduqca, hələ çox təəccüblənib, çox gülüb, çox heyrətlənəcəksən, qoy, səni hamı başa düşməsin… Bu vacib də deyil, əsas içindəki o balaca qızı qoru, möcüzələrə inan".
Bilirsən..möcüzələr yoxluğunda da var imişsən kimi davam edir… Hələlik, Münəvvər qız”.