Türk sənət musiqisinin “imperatoru” İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı Antalyada həbs olunub.
OLAY yazır ki, buna səbəb Hüseynin konsert verdiyi məkandan qayıdarkən mindiyi taksinin sürücüsü ilə mübahisəsi olub.
İddiaya görə, o taksi sürücüsünün pulunu ödəməyib və bunun üstündə yaranan mübahisə davaya çevrilib.
Həmin davaya taksi sürücünün dostları da qoşulub. 3 nəfərin hücumuna məruz qalan Hüseyn Tatlının ayağının və barmağının sındığı bildirilib.
Müalicəsi başa çatdıqdan sonra taksi sürücüsünün şikayəti əsasında Hüseyn Tatlı polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı Tatlının həyat yoldaşı Aslıhan Tatlı açıqlama verib. Aslıhan bildirib ki, həyat yoldaşına hücum olunub və bədənində ciddi xəsarətlər var.