“Dünən bir verilişdə oldum. Bəziləri dedi: “Sənin kimi səviyyəli bir insanın orada nə işi var?” Mən bu cür yanaşmanı əsla qəbul etmirəm”.
OLAY yazır ki, bu sözləri müğənni Mehin Hümbətova instaqram səhifəsində paylaşdığı postda yazıb.
Sənətçi onu ötən gün “Elgizlə izlə” verilişinə getdiyi üçün qınayanlara bu şəkildə cavab verib:
“Bəzi verilişlər var ki, onlar bizim cəmiyyətin güzgüsüdür. Biz nə qədər çalışsaq da özümüzə uyğun çərçivədən kənara çıxmayaq bu həqiqətləri dəyişmir. Bu verilişlər bizi narahat edə bilər, bəzən qəzəbləndirə də bilər amma reallıqları deyib, gözdəki bir damla olmadığını çəkinməməliyik. Reallıqla barışmadan onu dəyişmək mümkün deyil. Unutmayaq ki, aynanı qırmaqla üzdəki qüsurları gizlətmək olmur. Əgər bir insanın səviyyəsi həqiqətdən qorxursa, demək ki, o səviyyə yalnız vitrində parlayan saxta bir zinətdir”.