Dünyaca məşhur reper və iş adamı Kanye Uest ( yeni adı – Ye) öz dəfn planlarını açıqlayıb.
OLAY yazır ki, sənətçi vida mərasiminin bir həftə ərzində davam etməsini istəyir.
Hər gün on saatlıq xidmət aparılmalıdır.
“Məni mumyalayın. Anamın evinə qoyun və insanlar məni ziyarət etsinlər” – deyə Uest bildirib.
Xatırladaq ki, Kanye Uestin həyat yoldaşı, qalmaqallı model Byanka Sensori qarşı tərəfdən xoşaqəlməz davranış gördüyü üçün ondan ayrılıb.