Amerikalı aktrisa, model və iş xanımı Kayli Cenner sevgilisi, həmkarı Timoti Şalameyə qadağa qoyub.
OLAY yazır ki, buna səbəb Timotinin çılpaq şəkildə açıq-saçıq səhnələrə cəkilməsidir.
“The Sun” nəşrinə cütlüyə yaxın mənbə açıqlamasında bildirib ki, Kayli Qvinnet Peltrounun “Vanity Fair” dərgisinə verdiyi son müsahibəsində “Marti mükəmməldir” filmində Şalame ilə açıq-saçıq səhnələrdən ağızdolu danışmasına qəzəblənib.
Qvinnetin etiraflarından sonra cütlük arasında qızğın mübahisə yaranıb və bu zaman Cenner Şalamenin ayağına “möhür” vurub və sevgilisinin seks səhnələrinə çəkilməsinə qadağan edib.
Mənbə qeyd edib ki, Timoti özünün filmlərdə açıq-saçıq səhnələrə razılıq verməkdə problemi yoxdur, lakin Cenner indi bunun qəti əleyhinədir.