Paytaxtın mərkəzi hissəsində YUĞ Teatrının istifadəsinə uyğun binalar nəzərdən keçirilir
OLAY yazır ki, bunu “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, ölkənin əhəmiyyətli mədəniyyət ocaqlarından olan Azərbaycan Dövlət YUĞ Teatrının daimi bina ilə təminatı Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:
“Hesab edirik ki, özünəməxsus yaradıcılıq estetikası olan bu teatr üçün bina seçimində onun daşıdığı sənət meyarları nəzərə alınmalıdır. Yəni məkan həm estetik, həm də funksional baxımdan uyğun olmalıdır”.
Məlumatda YUĞ Teatrının tamaşalarını rahat və keyfiyyətli şəkildə təqdim etməsinin zəruriliyi vurğulanıb:
“Bütün bu amillər əsas götürülməklə paytaxtın mərkəzi hissəsində teatrın istifadəsinə uyğun binalar nəzərdən keçirilir. Bu istiqamətdə fəaliyyət davam etdirilir və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.