Olay
Olay

”O sözləri Nəzakət Teymurovaya deməmişəm”

”O sözləri Nəzakət Teymurovaya deməmişəm”

Əməkdar artist Nüşabə Ələsgərli “Leyli və Məcnun”u cavanlar oynamalıdır” açıqlamasına görə tənqid olunub.

OLAY yazır ki, müğənni bu sözləri Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovaya deməsi haqda yazılanlara “"@axsamaz” instaqram səhifəsində şərh bölümündə reaksiya verib. O, “ayıb olsun” yazan izləyicini qınayıb:

“Ayıb olsun sözünü sən özündən böyüyə deyə bilməzsən. Mənim Nəzakət xanımla gözəl münasibətim var, çörək kəsmişik və onu çox sevirəm. Nə dediyimi anlamırsınızsa, Nəzakət xanımdan öyrənin. Qaldı ki, mənim Amerika səfərimdən olan layihəmdən (söhbət Mayk Cekson tərzində rəqsdən gedir - red.) bu gün 20 il sonra danışırsansa, demək, uğurlu imiş.

Düşündüyümü demişəm. Şou mənlik deyil. Fikrim nə hörmətli Mənsum, nə də Nəzakət xanımadır. Başqa xanəndələrimiz ifa etmirlər? Yaş məsələsini qeyd etmişəm. Həm Mənsum müəllim, həm Nəzakət xanımın yetişdirdiyi tələbələr var.

Söhbət İntiqam Kərimovun oynadığı “Molodoy siqan” məsələsindən düşdü. Yəni 65 yaşında bunu oynamaq olmaz.   Axı Məcnun, Leyli 14, 15 yaşında olub.   Burada xanəndəlik iş yoxdur. Onlara rəhbərlik deyir, onlarda öz işlərini görürlər. İrad rejissoradır ki, niyə obrazları düzgün seçmir. Heç vaxt reklam üçün danışmamışam, ehtiyacım da yoxdur. Özü də bu yaşda”.