“Səs Azərbaycan: Doğma nəğmələr”in qalibi Zülfü Əsədzadə ailə qurub.
OLAY yazır ki, bu barədə influenser Aynişan Quliyeva paylaşım edib.
“Bülbüllər”in solisti olan Zülfünün toy məclisi paytaxt restoranlarının birində baş tutub.
Qeyd edək ki, Zülfü yarışmada Xalq artisti Gülyaz Məmmədovanın komandasında idi.